İtaliyanın “İnter” klubu heyətini gənc müdafiəçi ilə gücləndirib.
İdmanxeber.az xəbər verir ki, Milan təmsilçisi Zaqreb “Dinamo”sunun futbolçusu Leon Yakiroviçi transfer edib. 18 yaşlı xorvatiyalı mərkəz müdafiəçisi ilə 2030-cu ilin iyununa qədər müqavilə imzalanıb.
“İnter” bu keçid üçün qarşı tərəfə 2,5 milyon avro ödəyib. Xorvatiya U-18 millisinin üzvü olan Yakiroviç indiyədək “Dinamo”nun U-19 komandasında çıxış edib.