AZ

Sumqayıtda obyektdə baş verən yanğın söndürülüb

Bakı, 26 yanvar, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Çerkassi küçəsində obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının ümumi sahəsi 1800 kvadratmetr olan ikimərtəbəli müxtəlif təyinatlı obyektlərin yerləşdiyi tikilinin ikinci mərtəbəsində yerləşən idman zalında baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə, o cümlədən tikilinin birinci mərtəbəsində yerləşən avtomobil təmiri sexləri və kafeyə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 400 kvadratmetr olan idman zalının yanar konstruksiyaları 70 kvadratmetr sahədə yanıb və 200 kvadratmetr sahədə tavanı deformasiya edib.

İdman zalının qalan hissəsi, avtomobil təmiri sexləri, təmirə dayanmış avtomobillər və kafe yanğından mühafizə olunub.

Xəsarət alan olmayıb.

Seçilən
127
9
azertag.az

10Mənbələr