Həqiqi kərə yağı yüksək miqdarda süd yağı ehtiva edən və A, D, E, K vitaminlərinin udulmasına kömək edən enerjili qidadır.
Pravda.az həqiqi və saxta kərə yağını ayırd etmək üçün sadə yoxlamaları təqdim edir:
İsti su yoxlaması: bir az kərə yağını isti suya atın — tək parça halda əriyərsə həqiqi sayılır, parçalanarsa saxta ola bilər.
Kəsmə yoxlaması: bıçaqla kəsildikdə kiçik parçalar əmələ gəlirsə həqiqidir; bütövlükdə çatlasa saxta ola bilər.
Rəng yoxlaması: tava içində əridildikdə rəng tünd olarsa boyalıdır, həqiqi yağ isə köpüklənir.
Ərimə yoxlaması: otaq temperaturunda yavaş yumşalırsa həqiqidir, su buraxırsa saxta ola bilər.
Əminə Bayramova
Tarix: 26 Yanvar 2026, 18:12