AZ

Niyə 4 yaşından əvvəlki dövrü xatırlamırıq?

Yetkin insanlar 4 yaşından əvvəlki xatirələrini ətraflı xatırlaya bilmirlər. Bu hal uşaqlıq amneziyası adlanır və bir neçə səbəblə izah olunur.

 

Pravda.az bildirir ki, körpələr danışa bilmədikləri üçün xatirələrini sözlə ifadə edə bilmirlər.

 

Beyin inkişaf etdikcə yeni neyronlar yaranır ki, bu da erkən xatirələrin uzunmüddətli yaddaşda qalmasını çətinləşdirir. Həmçinin, episodik yaddaş — gündəlik hadisələri və detalları yadda saxlama qabiliyyəti — 3–4 yaşdan əvvəl tam formalaşmadığı üçün erkən xatirələr yetkin yaddaşda saxlanmır.

 

Tədqiqatlar göstərir ki, 7 yaşdan kiçik uşaqların erkən dövrlərinin böyük hissəsini, 8–9 yaşlıların isə təxminən 40 faizini xatırlaya biləcəkləri müəyyən olunub. Nəticədə insanların çoxu uşaqlığın erkən dövrlərini xatırlamır, amma bu xatirələrin formalaşmadığı deyil, yetkin yaddaşda əldə olunmasının çətin olduğu ilə izah olunur.

 

Əminə Bayramova

Tarix: 26 Yanvar 2026, 18:33   
Seçilən
64
pravda.az

1Mənbələr