Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İrana qarşı hücumlar üçün hava məkanından, ərazi sularından və ya qurudan istifadəyə icazə verməyəcəyini bildirib.
Turkustan.az xəbər verir ki, BƏƏ Xarici İşlər Nazirliyi yazılı açıqlamasında bildirib ki, "BƏƏ İrana qarşı heç bir hərbi hücumda hava məkanından, ərazisindən və ya ərazi sularından istifadəyə icazə verməyəcəyini təsdiqləyir".
Bəyanatda həmçinin İrana hücum üçün heç bir lojistik dəstək verməyəcəkləri qeyd edilib və böhranların həllində beynəlxalq hüquqa riayət edilməsinə və dövlətlərin suverenliyinə hörmət edilməsinə çağırılıb.
Bəyanatda deyilir ki, BƏƏ mübahisələrin diplomatik yolla həllinə tərəfdardır.
Aytən Yaşar/ Turkustan.az