AZ

İmişlidə ev yanıb, ölən varVİDEO

İmişlidə evdə tək yaşayan kişi yanğında ölüb.

Xezerxeber.az-ın məlumatına görə, bədbəxt hadisə rayon sakini Sürahi Quliyevaya məxsus 3 otaqlı fərdi yaşayış evində qeydə alınıb.

Naməlum səbəbdən evdə yanğın baş verib. Hadisədən xəbər tutan ev sahibi dərhal qonşulara və aidiyyəti üzrə məlumat verib.

Hadisə yerinə yanğınsöndürən texnika və canlı qüvvə cəlb olunub. Yanğın söndürülüb, alovun ətraf ərazilərə keçməsinin qarşısı alınıb. Yanğın yerinə baxış zamanı evdə 69 yaşlı Sədrəddin Fərəcovun meyiti aşkar edilib. Məlumata görə, ölən şəxs kimsəsiz olub və həmin mənzildə kirayədə yaşayıb.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İmişli rayon mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
25
xezerxeber.az

1Mənbələr