“Sabah”dan ayrılan Ayaz Quliyev Tula “Arsenal”ın keçib.
Publika.az xəbər verir ki, bu barədə Birinci Liqa komandasının mətbuat xidməti məlumat yayıb.
29 yaşlı futbolçunun müqaviləsinin müddəti açıqlanmayıb. Futbolçu əvvəllər 2021/2022 mövsümündə Tula komandasında oynayıb.
Yarımmüdafiəçi Rusiya Premyer Liqasında 106 oyun (bunlardan 24-ü “Arsenal”da) və Birinci Liqada 41 oyun keçirib. O, həmçinin “Anji”, “Rostov” və “Ximki”də də oynayıb. Quliyevin ən son klubu “Sabah” olub. “Transfermarkt”ın məlumatına görə, onun transfer dəyəri 400.000 avrodur.