AZ

10 ölkə Şimal dənizində nəhəng yaşıl enerji şəbəkəsi qurur

Bakı. Trend:

Böyük Britaniya və daha doqquz Avropa ölkəsi Şimal dənizində irimiqyaslı dəniz külək elektrik şəbəkəsinin qurulması barədə razılığagəlib.

Trend bubarədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, məqsəd köhnə neft hövzəsini “təmiz enerjianbarı”na çevirmək və 2030-cu illərdə bərpa olunan enerjinin payınıkəskin artırmaqdır.

Razılaşmaya əsasən, müxtəlif ölkələrə birbaşa bağlanacaq dənizkülək stansiyaları və yüksək gərginlikli sualtı kabellər inşaediləcək. Layihə çərçivəsində ümumilikdə 100 giqavatt gücündəenerji istehsalı nəzərdə tutulur ki, bu da 143 milyon evin elektriktələbatını ödəməyə kifayətdir.

Öhdəliklər “Hamburq bəyannaməsi” ilə rəsmiləşdiriləcək və BöyükBritaniya, Belçika, Danimarka, Fransa, Almaniya, İslandiya,İrlandiya, Lüksemburq, Niderland və Norveçin enerji nazirləritərəfindən imzalanacaq.

Hökumətlər 2031–2040-cu illərdə hər il ən azı 5 giqavatt yenidəniz külək enerjisi istehsalına dəstək verəcək.

Seçilən
115
1
az.trend.az

2Mənbələr