AZ

Ötən il 373 dönərxanada nöqsanlar aşkarlanıbVİDEO

Ötən il 373 dönərxanada və 18 çiy dönər emalı müəssisəsində müxtəlif nöqsanlar aşkarlanıb.

Xezerxeber.az-ın məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Əziz Şərifov 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ötən il 561 dönərxanada və 21 çiy dönər emalı müəssisəsində nəzarət tədbirləri həyata keçirilib.

Qida Təhlükəsizliyi İnstitutunun sədri Əli Nəbiyev isə qeyd edib ki, ötən il ölkədə 51 qida zəhərlənməsi qeydə alınıb. Bu zəhərlənmələrin çoxu məişət zəminində baş verib.

Satışda rənglənmiş portağallara rast gəlinməsi məsələsinə də aydınlıq gətirilib. Bildirilib ki, ötən il idxal zamanı 421.5 ton portağalda istifadəsinə icazə verilməyən qida əlavələri, rəngləyici müəyyən edilib və dövriyyəyə buraxılmasının qarşısını alınıb. Bununla bağlı ixracatçı ölkələrə xəbərdarlıq edilib.

Son zamanlard isə bazarlarda belə hal müşahidə olunmayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
99
xezerxeber.az

1Mənbələr