AZ

Rodriqes: Artıq Vaşinqtonun göstərişlərindən bezmişik...

Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriges ABŞ-nin siyasi təzyiqlərinə qarşı çıxış edib, Vaşinqtonun Karakasın daxili işlərinə müdaxiləsini qəbuledilməz adlandırıb...

Poliqon xəbər verir ki, CNN telekanalının məlumatına görə, Venesuelanın müvəqqəti prezidenti səlahiyyətlərini icra edən Delsi Rodriges ABŞ-nin ölkəyə qarşı artan siyasi təzyiqlərinə sərt reaksiya verib. O, açıq bəyanatınla bildirib ki, Vaşinqtonun Venesuelaya göstəriş verməsi qəbuledilməzdir və ölkə öz daxili siyasi məsələlərini müstəqil şəkildə həll etməlidir.

Rodriqes bu açıqlamanı ABŞ hakimiyyət orqanları tərəfindən Venesuelanın keçmiş lideri Nikolas Maduronun həbs edilməsindən sonra Trampın artan təzyiqləri qarşısında səsləndirilib. ABŞ tərəfindən müvəqqəti lider kimi tanınan Delsi Rodriges hazırda çətin siyasi balans yəmin etmək məcburiyyətindədir. O, bir tərəfdən ölkə daxilində Maduronun tərəfdarlarının loyallığını qorumağa çalışır, digər tərəfdən isə Ağ Evin artan  tələbləri ilə üz-üzə qalır.

Son həftələrdə ABŞ Venesuelaya bir sıra şərtlər irəli sürüb. Bu şərtlər arasında neft hasilatının yenidən bərpa olunması, enerji sektorunda islahatların aparılması və müəyyən siyasi öhdəliklərin yerinə yetirilməsi də yer alır. Vaşinqton bu addımları Venesuelanın beynəlxalq sistemə “inteqrasiyası” üçün zəruri hesab edir.

Delsi Rodriges bu mövqeyə Puerto-la-Krus şəhərində neft sənayesi nümayəndələri qarşısında çıxışı zamanı münasibət bildirib. O, “Artıq Vaşinqtonun venesuelalı siyasətçilərə göstəriş verməsi kifayətdir”, deyə vurğulayıb və əlavə edib ki, Venesuela illərlə davam edən daxili qarşıdurmalar, siyasi gərginlik və ekstremizm səbəbindən çox ağır bədəl ödəyib.

Bununla yanaşı, Rodriges ABŞ ilə açıq qarşıdurmadan yayınmağa çalışır. Onun çıxışında həm sərt mesajlar, həm də diplomatik ton müşahidə olunub. Analitiklər hesab edirlər ki, bu mövqe ölkə daxilində sabitliyi qorumaqla yanaşı, ABŞ ilə münasibətləri tamamilə pozmamaq məqsədi daşıyır.

Mövcud vəziyyət Venesuelada yeni siyasi mərhələnin başlandığını göstərir. Bir tərəfdə xarici təsirlər, digər tərəfdə isə daxili legitimlik problemi fonunda Delçi Rodriges həm beynəlxalq dəstəyi saxlamaq, həm də ölkə daxilində sosial-siyasi sabitliyi qorumaq kimi mürəkkəb vəzifə ilə üz-üzədir.

Poliqon.info

Seçilən
30
poliqon.info

1Mənbələr