AZ

“Təhsil rəqəmsallaşmadan kənarda qala bilməz” – Ramin Nurəliyev

"Artıq texnologiya həyatın hər sahəsinə nüfuz edib və təhsil bundan kənarda qala bilməz. Müasir dövrdə texnologiya, IT proqramları və rəqamsal alətlər demək olar ki, bütün sahələrə inteqrasiya olunub, təhsil də bu prosesdən geri qalmır. Bu baxımdan müəllimlərin yüksək texnoloji bacarıqlara malik olması, IT və İKT sahəsində biliklərini tədris prosesinə tətbiq etməsi qaçılmazdır. Rəqamsallaşma istiqamətində atılacaq addımların müəllimlərə təsirinin artırılması üçün ilkin rol metod birləşmə rəhbərlərinə düşür. Lakin müşahidələr göstərir ki, hazırda metod birləşmə rəhbərləri tam şəkildə tədris prosesinə cəlb olunmayıb".

Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.

Qeyd edək ki, müasir təhsil sistemi sürətlə rəqəmsallaşır və texnologiyaların dərs prosesinə inteqrasiyası tədrisin ayrılmaz hissəsinə çevrilir. Bu inkişaf müəllimlərin peşəkar bacarıqlarının artırılması, yeni təlim metodlarının tətbiqi və təhsil mühitinin müasir tələblərə uyğunlaşdırılması kimi məsələləri gündəmə gətirir. Məktəblərdə rəqəmsallaşma səviyyəsi, texnoloji infrastrukturun vəziyyəti və müəllimlərin bu yeniliklərə hazırlığı təhsilin keyfiyyətinə birbaşa təsir edən vacib amillərdir. Bu baxımdan müəllimlərin İKT bacarıqları və onlara yönəlmiş təlimlərin effektivliyi təhsil sisteminin gələcək inkişafı üçün xüsusi əhəmiyyət daşıyır.

Ekspert qeyd edib ki, metod birləşmə rəhbərləri müəllimlərə yeni biliklər, təlim metodları və texnoloji avadanlıqlardan istifadə bacarıqlarını aşılamaq, həmçinin müasir dövrün tələblərinə uyğun əyani vəsaitlər təqdim etmək məsuliyyətinə malikdir.

Seçilən
47
aznews.az

1Mənbələr