AZ

Saray qəsəbəsinin yolunda təhlükəli vəziyyət varVİDEO

Abşeron rayonunun Saray qəsəbəsi ərazisində yerləşən avtomobil yolunda təhlükəli vəziyyət hökm sürür.

Xezerxeber.az-ın məlumatına görə, yol qaranlıqdır, piyada keçidi isə yoxdur.

Təhlükə axşam saatlarında daha da artır. İşığın olmaması səbəbindən yol qaranlığa qərq olur, bu isə həm sürücülər, həm də piyadalar üçün ciddi risk yaradır.

Sakinlərin sözlərinə görə, sözügedən ərazidə piyadalar üçün keçidin olmaması vəziyyəti daha da ağırlaşdırır.

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən “Xəzər Xəbər”ə bildirildi ki, yol kənarlarındakı işıqlandırılma sistemlərinin yerli icra hakimiyyətinin balansına verilməsi istiqamətində aparılan təhvil-təslim işləri artıq başa çatıb. Gələn həftə ərzində Saray qəsəbəsində sözügedən yol boyunca işıqlandırılma tam təmin olunacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
16
xezerxeber.az

1Mənbələr