AZ

ABŞ-də güclü qara görə 18 nəfər öldü

ABŞ-da yağan güclü qar səbəbindən ölənlərin sayı 18-ə çatıb.

"Unikal" xəbər verir ki, mərkəzi, şərqi və cənub ştatları əhatə edən qarın hündürlüyü əksər bölgələrdə 20-30 santımetr hündürlükdə olub.

Müxtəlif ştatlarda 800 min insan elektrik enerjisiz qalıb. Bazar ertəsi 4000 uçuş təxirə salınıb. Ötən gün bu rəqəm 11 min olub.

Qeyd edək ki, bu, ABŞ-da son 10 ilin ən güclü qar yağması kimi qiymətləndirilir.

Seçilən
55
1
unikal.az

2Mənbələr