AZ

Deputat: “Sülh Şurası Azərbaycanın beynəlxalq nüfuzunu artırır” » AzadMedia.az

Deputat:

" Azərbaycanın qlobal “Sülh Şurası”na üzvlüyü ölkənin beynəlxalq mövqeyini daha da gücləndirir və regionda davamlı sülhün təmin olunmasına töhfə verə bilər". Bu fikirləri millət vəkili Bəhruz Məhərrəmov deyib.
Deputatın sözlərinə görə, qlobal səviyyədə yeni bir dünya nizamının formalaşdığı bir dövrdə Azərbaycanın sülhə sədaqətini nümayiş etdirməsi mühüm siyasi addımdır:

"Sülh Şurası kimi institutlara üzvlük yalnız diplomatik status yox, həm də məsuliyyət gətirir. Azərbaycanın regionda sülh və sabitliyi dəstəkləmə siyasəti, həmçinin beynəlxalq hüquqa və qonşularla qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq yanaşması, ölkənin geosiyasi təsir dairəsini genişləndirir"

Seçilən
46
1
azadmedia.az

2Mənbələr