AZ

Afrikada meymunçiçəyi səbəbindən tətbiq edilən fövqəladə vəziyyət ləğv edildi

Bakı. Trend:

Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi meymunçiçəyiepidemiyası ilə əlaqədar elan edilmiş beynəlxalq ictimai səhiyyəfövqəladə vəziyyətini ləğv edib.

Trend-inməlumatına görə, bu barədə Mərkəzin açıqlamasında bildirilib.

Məlumata əsasən, qərar Fövqəladə Hallar üzrə Məsləhət Qrupununtövsiyəsi əsasında qəbul edilib.

Qeyd edək ki, fövqəladə vəziyyət, xəstəliyin sürətləyayılmasından sonra 2024-cü ilin avqust ayında elan edildi. Həmindövrdə qitədə 80 minə qədər ehtimal olunan yoluxma halı və 1300ölüm halı müəyyən edildi.

Cavab tədbirləri çərçivəsində mərkəz 1 milyard dollardan çoxvəsait toplayan, icma əsaslı nəzarəti gücləndirən, laboratoriyapotensialını genişləndirən, 16 ölkəyə 5 milyondan çox doza peyvəndçatdıran və minlərlə alimin iştirakı ilə birgə tədqiqatlar aparansəylərə rəhbərlik etmişdir.

Məqalədə:
Seçilən
158
az.trend.az

1Mənbələr