AZ

Tovuzda ağaclar kəsilib, yoxsa təbii hadisədən qırılıb?VİDEO

Tovuz şəhərində ağacların qanunsuz kəsilməsi ilə bağlı sosial şəbəkələrdə videolar yayılıb.

Xezerxeber.az-ın məlumatına görə, görüntülərdə ağacların kəsilərək başqa əraziyə aparıldığı görünür.

Deyilənlərin nə dərəcədə doğru  olduğunu öyrənmək üçün sözügedən ünvan üz tutduq.

Həmin ünvanda yaşayan sakinlərin sözlərinə görə, ağaclar güclü küləkdən sonra yıxılıb. Nəticədə digər ağaclar da yararsız hala düşüb. 

Tovuz Rayon İcra Hakimiyyətindən isə məsələ ilə bağlı bildirildi ki, güclü külək nəticəsində ərazidə olan ağaclardan biri qırılaraq digər ağacların üzərinə düşüb və  onları da sındırıb. Ərazidə hadisədən sonra təmizlik işləri aparılıb.

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan isə qeyd edildi ki, Tovuz rayonunda ağacların kəsilməsi faktı üzrə prosessual araşdırma aparılır. Araşdırmanın nəticələrindən asılı olaraq hüquqi tədbirlər görüləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
87
2
xezerxeber.az

3Mənbələr