AZ

Qızıl və gümüşün qiymətlərində yeni rekord

Gümüş və qızıl Comex-də (Nyu-York Ticarət Birjasının bölməsi) yeni həddə çatıb. Mart ayı gümüş fyuçersləri Bakı vaxtı ilə saat 3:03-də troya unsiyası üçün 105,25 dollar səviyyəsində ticarət olunurdu ki, bu da əvvəlki ticarət sessiyasının bağlanışından

1,93% çoxdur. O vaxtdan bəri artım bir qədər yavaşlayıb.
Fevral ayı qızıl fyuçersləri də Bakı vaxtı ilə saat 3:03-də troya unsiyası üçün 5000 dolları keçərək yeni bir rekord səviyyəyə çatıb. Bakı vaxtı ilə saat 6:15-də qiymət əvvəlki sessiyanın bağlanışından 1,85% çox olan 5075,50 dollara çatıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
34
editor.az

1Mənbələr