AZ

Rutte: “Avropa Ukraynaya lazım olan həcmdə silah təmin etmək gücündə deyil”

NATO-nun Baş katibi Mark Rutte Avropa İttifaqının Ukraynanı zəruri miqdarda silahla təmin edə biləcək vəziyyətdə olmadığını etiraf edib.

Editor.az xəbər verir ki, NATO-nun Baş katibi Mark Rutte Avropa Parlamentinin (AP) Xarici Əlaqələr Komitəsinin üzvləri ilə görüşü zamanı bildirib ki, Avropa hazırda Ukraynanın ehtiyac duyduğu silahları kifayət qədər təmin edə bilmir və ABŞ-dan silah tədarükü olmadan Ukraynanın bu münaqişədə ayaqda qalması mümkün deyil.

Rutte qeyd edib ki, Avropa İttifaqı Ukraynanın təhlükəsizliyi və rifahı baxımından mühüm rol oynayır və bu məqsədlə nəzərdə tutulan 90 milyard avroluq yardım paketi böyük əhəmiyyət daşıyır. O, çıxışında əlavə edib:

“Bu mərhələdə həmin vəsaitlərin necə xərclənməsi ilə bağlı daha çox çeviklik göstərilməsini və “AB-dən satın al” kimi həddindən artıq məhdudlaşdırıcı şərtlərdən çəkinilməsini xüsusilə xahiş edirəm. Avropa hazırda öz müdafiə sənayesini formalaşdırır və bu, son dərəcə vacibdir. Lakin mövcud şəraitdə Avropa Ukraynanın bu gün özünü müdafiə etməsi və sabah üçün çəkindirici güc yaratması üçün lazım olan resursları kifayət qədər təmin edə bilmir. Hamımız bilirik ki, ABŞ-dan silah axını olmadan Ukraynanı bu mübarizədə ayaqda saxlamaq mümkün deyil. Sözün əsl mənasında”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
17
editor.az

1Mənbələr