AZ

“Selta” Fer Lopesi geri qaytardı

“Vulverhempton”un yarımmüdafiəçisi Fer Lopes karyerasını yenidən İspaniya La Liqasında davam etdirəcək.

90deqiqe.Az-ın məlumatına görə,“Selta” klubu 21 yaşlı futbolçunu heyətinə qaytarıb. Futbolçu mövsümün sonuna qədər icarə əsasında Qalisiya təmsilçisinin formasını geyinəcək.

Lopes Madriddə anadan olsa da, peşəkar karyerasına məhz “Seltada” başlayıb və əsas heyətə qədər yüksəlib. 2025-ci ilin yayında isə İngiltərənin “Vulverhempton” klubuna transfer olunub, “canavarlar” onun üçün 23 milyon avro ödəyiblər. Lakin İngiltərədə Lopes istənilən çıxışı göstərə bilməyib: o, yalnız 12 rəsmi oyunda iştirak edib və 1 məhsuldar ötürmə ilə yadda qalıb, komandadakı əsas liderlərin yerini tuta bilməyib.

Cari mövsümdə “Selta” La Liqada Avrokuboklara vəsiqə uğrunda mübarizə aparır. Klub 32 xalla 7-ci pillədədir.

Seçilən
73
90deqiqe.az

1Mənbələr