AZ

İsrail Livanın cənubuna yeni zərbələr endirib

İsrail hərbçiləri gün ərzində Livanın cənub bölgələrinə yeni zərbələr endirib.

APA xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, zərbələrin məqsədi “Hizbullah”ın silahlı dəstələrinin bir neçə üzvünün zərərsizləşdirilməsi olub. Qeyd olunub ki, bir silahlı Livanın Tir şəhəri ətrafında endirilən zərbə nəticəsində, daha iki nəfər isə Nabatiya şəhəri yaxınlığında zərərsizləşdirilib.

İsrail tərəfinin iddiasına görə, zərərsizləşdirilən şəxslərin fəaliyyəti İsrail və Livan arasında əldə olunmuş atəşkəs razılaşmalarını pozub.

Seçilən
59
3
apa.az

4Mənbələr