ain.az bildirir, 525.az portalına istinadən.
Şri-Lankada fil rusiyalı turistlərin olduğu mikroavtobusa hücum edib.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, insident milli parkların birində baş verib.
Xortumu ilə mikroavtobusu silkələyən 3 tonluq vəhşi avtomobilin qapısını qoparıb. Turistlər həyəcan içində mikroavtobusu tərk etməyə macal tapıblar. Hücum zamanı xəsarət alan olmayıb. Fil isə bir qədər sonra sakitləşib.
Qeyd edək ki, Şri-Lankada fillər tez-tez yola çıxaraq turistlərin verdiyi təamlara ümid edirlər. Güman ki, bu dəfə onlardan birinin filə verdiyi meyvə onun xoşuna gəlməyib.
L.Tağıyeva
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.