İlon Mask “Starship”in dəhşətli gücünü nümayiş etdirib.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Amerikalı milyarder, “SpaceX” şirkətinin rəhbəri İlon Mask “Starship” kosmik gəmisinin “Super Heavy” sürətləndiricisinin sınaqlarını əks etdirən videonu paylaşıb.
Görüntülərdə onlarla metan mühərrikinin eyni anda işə düşməsi və nəhəng alov püskürməsi əks olunub.
Bildirilir ki, bu mühərriklər birlikdə təxminən 7,7 min ton itələmə gücü hasil edir.
Bu göstərici “Super Heavy”ni bəşəriyyət tarixində yaradılmış ən güclü raket pilləsinə çevirir.
Xuraman Etibarlı
İnterpress.az