AZ

Almaniya hazırda Ukraynaya yeni "Patriot" sistemlərini tədarük edə bilmir

Almaniya Ukraynaya əlavə hava hücumundan müdafiə sistemlərinin, xüsusilə də yeni "Patriot" komplekslərinin verilməsi məsələsində məhdud imkanlara malikdir.

APA xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius Berlində Litvanın müdafiə naziri Robertas Kauanskas ilə birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, buna səbəb Almaniyanın bu sistemlərə özünün də ehtiyac duymasıdır.

Nazir deyib ki, Almaniya artıq öz "Patriot" sistemlərinin üçdə birindən çoxunu Ukraynaya təhvil verib və hazırda ötürülən sistemlərin əvəzinə yeni tədarükləri gözləyir.

“Daha artığını edə bilmərik, çünki özümüz də verilmiş "Patriotlar"ın əvəzinə yeni tədarükləri gözləyirik”, – deyə Pistorius qeyd edib.

Seçilən
58
1
apa.az

2Mənbələr