AZ

Endrik Neymar barədə: “Məni onunla müqayisə etməyin”

Endrik Neymarın ondan daha yaxşı oyunçu olduğuna inanır.

İdman.Biz xəbər verir ki, hüquqları “Real Madrid”ə məxsus olan 19 yaşlı hücumçu daha əvvəl “Lion”da ilk üç oyununda dörd qol vurub. Bu, Fransa klubu tarixində ən yaxşı başlanğıcıdır.

“Neymarla müqayisə? Fransaya gələndə o, görkəmli oyunçu idi və inanılmaz işlər gördü.

Hər matçda o, driblinq edirdi, qol vururdu və məhsuldar ötürmələr edirdi.

Məni onunla müqayisə etməyin. Neymar daha yaxşıdır”, - Endrik deyib.

İdman.Biz
Seçilən
31
1
idman.biz

2Mənbələr