Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri (XİN) yanvarın 29-da İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) terror təşkilatları siyahısına daxil edilməsi məsələsini müzakirə edəcəklər.
Bu barədə İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tayani "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Brüsseldə yanvarın 29-da Aİ ölkələrinin xarici işlər nazirlərinin iclasında SEPAH-ın terror təşkilatları siyahısına daxil edilməsi təklifi irəli sürüləcək. İranda etirazlar zamanı mülki şəxslərə öldürülməsinə məsul olan şəxslərə qarşı da fərdi sanksiyaların tətbiqi gözlənilir", - o qeyd edib.