AZ

Dro Fernandes “Barselona”dan PSJ-yə keçib

“Barselona” akademiyasının yetirməsi Dro Fernandes PSJ-yə keçib.

İdman.Biz xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

18 yaşlı ispan futbolçu Fransa klubu ilə 2030-cu ilə qədər müqavilə imzalayıb. O, parislilər üçün 27 nömrəli formanı geyinəcək.

Dro Fernandes “Barselona” akademiyasında irəliləyərək 2025-ci ildə böyüklər komandasına keçib. Bu mövsüm o, “Blaugrana”da beş oyun keçirib və bir məhsuldar ötürmə edib.

Beynəlxalq arenada Fernandes müntəzəm olaraq İspaniya gənclər komandalarına çağırılıb.

Fransa liqasında 19 oyundan sonra PSJ 45 xala malikdir və turnir cədvəlinə başçılıq edir.

İdman.Biz
Seçilən
48
idman.biz

1Mənbələr