AZ

Keçmiş məcburi köçkün: Çox sevincliyik ki, uzun illərdən sonra vətənimizə qayıdırıq

Bakı, 27 yanvar, AZƏRTAC

Çox sevincliyik ki, uzun illərdən sonra vətənimizə qayıdırıq. Bu sevinc sözlə ifadə olunacaq kimi deyil. Həm qürur, həm həsrət, həm də minnətdarlıq hissləri bir-birinə qarışır.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Zəngilan rayonunun Məmmədbəyli kəndinə köçən keçmiş məcburi köçkün Məhbubə Həsənova söyləyib.

O deyib: "Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin, Ordumuzu qorusun. Onların fədakarlığı sayəsində bu günləri yaşayırıq".

Zəngilandan məcburi köçkün düşəndə uşaq olduğunu vurğulayan M.Həsənova əlavə edib: "O dövrdə baş verən hadisələri tam xatırlamıram. Amma ailəmin danışdıqları, illərlə qəlbimizdə daşıdığımız nisgil, itirilmiş yurd həsrəti mənim yaddaşımda dərin iz buraxıb".

Seçilən
29
4
azertag.az

5Mənbələr