AZ

Şirkət yeni soyuducu anbarın tikintisinə başlayıb

Göygöl rayonunun Qızılca kəndində yerləşən “Şirin Aqro” QSC hər il xarici bazarlara tonlarla meyvə ixrac edir. 220 hektar ərazidə salınmış intensiv meyvə bağında şaftalı, gilas və ərik yetişdirilir.

Fəaliyyətə yerli bazarlarda meyvə məhsullarını əhalidən alaraq xarici ölkələrə ixrac etməklə başlayan təsərrüfat fəaliyyətini genişləndirmək üçün 2020–2021-ci illərdə Göygöl, Qusar və Zəngilan rayonlarında intensiv meyvə bağları da salmağa başlayıb. İllik istehsal gücü 8 min ton meyvə olan təsərrüfatda bu gün 250 nəfər mövsümi, 28 nəfər isə daimi işlə təmin olunub.

Bu yaxınlarda isə müəssisəyə məxsus 3 hektar torpaq sahəsinin 1,5 hektarında soyuducu anbarın tikintisinə başlanılıb. Meyvələrin çeşidlənməsi, saxlanılması və qablaşdırılması bölmələrindən ibarət olacaq anbarda 35 daimi iş yerinin yaradılması nəzərdə tutulur.

 İş elanları AzVak.az-da

 

© "Azərbaycan"

meyvə ixracı Azərbaycan Şirin Aqro QSC Göygöl meyvə bağları intensiv meyvəçilik şaftalı istehsalı gilas istehsalı ərik istehsalı kənd təsərrüfatı ixracı Azərbaycan meyvə ixracı aqrar şirkətlər Azərbaycan Göygöl rayonunda aqrobiznes Qusar meyvə bağları Zəngilan aqrar layihələr intensiv bağçılıq illik meyvə istehsalı soyuducu anbar tikintisi meyvə saxlama anbarı meyvə qablaşdırma kənd təsərrüfatında məşğulluq mövsümi iş yerləri daimi iş yerləri aqrar investisiyalar regionların iqtisadi inkişafı qeyri-neft sektoru kənd təsərrüfatı layihələri Azərbaycan aqrar ixracı meyvə istehsalçıları aqroparklar yerli istehsal və ixrac
Seçilən
95
2
marja.az

3Mənbələr