AZ

“Ağ qiyamət” Fotolarda

Qafqazinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ son günlər ölkəni bürüyən qar fırtınası və dondurucu soyuqların təsiri altındadır.

“Qafqazinfo” xəbər verir ki, təxminən 1 milyondan çox insan elektrik enerjisiz qalıb, 20 minə yaxın uçuş ləğv edilib və ya təxirə salınıb, can itkilərinin sayı isə 26-ya çatıb.

Ölkənin böyük hissəsində temperatur -45 dərəcəyədək düşüb, bəzi bölgələrdə qarın hündürlüyü yarım metrə yaxınlaşıb. Nyu-York, Vaşinqton və digər böyük şəhərlərdə məktəblər bağlanıb və ya distant təhsilə keçilib, yollarda ciddi buzlaşma və tıxaclar müşahidə olunur.

Ölümlər, əsasən, şiddətli soyuq, qar təmizləmə işləri zamanı və nəqliyyat qəzaları səbəbindən baş verib.

Şəhər rəhbərlikləri və meteoroloqlar vətəndaşlara evdə qalmağı və səyahət etməməyi tövsiyə ediblər. Kolumbiya bölgəsində isə fövqəladə vəziyyət elan olunub.

ABŞ Milli Hava Xidməti bildirib ki, ölkədə təxminən 200 milyon insan fırtınanın və ekstremal soyuqların təsiri altındadır. “AccuWeather”in proqnozuna görə, qar fırtınasından yaranan iqtisadi zərərin 105-115 milyard dollar olması gözlənilir.

ABŞ-dəki “ağ qiyamət”in fotolarını təqdim edirik:

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
qafqazinfo.az

1Mənbələr