AZ

Tramp Cənubi Koreyadan idxala 25 faizlik rüsum tətbiq etdiyini elan edib

Ağ Ev rəhbəri qərarı Seul parlamentinin ABŞ ilə razılaşdırılmış ticarət sazişini təsdiqləməməsi ilə əsaslandırır...

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Cənubi Koreyadan idxal olunan mallara tətbiq edilən rüsumların 15 faizdən 25 faizə qaldırıldığını açıqlayıb. Prezident bildirib ki, bu qərarı Cənubi Koreya qanunverici orqanının ABŞ qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməməsi və onun Koreya prezidenti Li Cje Myon ilə razılaşdırdığı ticarət sazişini təsdiqləməməsi səbəbindən qəbul edib.

Donald Tramp “Truth Social” sosial şəbəkəsində yazıb ki, 30 iyul 2025-ci ildə prezident Li ilə hər iki ölkə üçün mühüm olan razılaşma əldə olunub və bu şərtlər onun 29 oktyabr 2025-ci ildə Koreyaya səfəri zamanı bir daha təsdiqlənib.

“Niyə Koreya qanunverici orqanı bu sazişi hələ də təsdiqləməyib?”, deyə Tramp sual edib.

Prezidentin sözlərinə görə, 25 faizlik rüsumlar avtomobillər, taxta-şalban məhsulları, farmasevtik məmulatlar və əvvəllər 15 faizlik qarşılıqlı tariflərlə vergiyə cəlb olunan digər mallara şamil ediləcək. Tramp vurğulayıb ki, bu addım ABŞ-nin ticarət maraqlarının qorunmasına yönəlib.

Ağ Ev rəhbəri xatırladıb ki, ötən il tərəflər arasında əldə olunan razılaşmalara əsasən, Cənubi Koreya rüsumların azaldılması müqabilində ABŞ iqtisadiyyatına 350 milyard dollar vəsait yatırmalı, öz bazarlarını tam açmalı, həmçinin neft və qazı “çox böyük həcmdə” ABŞ-dən almalı idi. Trampın iddiasına görə, razılaşmaların yekununda Cənubi Koreya şirkətlərinin ABŞ-yə yatıracağı investisiyaların həcmi 600 milyard dolları ötəcək.

Poliqon.info

Seçilən
25
poliqon.info

1Mənbələr