"Sabah"ın yollarını ayırdığı Ayaz Quliyevin yeni klubu məlum olub.
Offsideplus.az xəbər verir ki, o, yenidən Rusiyaya qayıdıb və Tula "Arsenal"ına qoşulub.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
29 yaşlı yarımmüdafiəçi "Sabah"ın heyətində 54 matça çıxıb.
Qeyd edək ki, A.Quliyev daha əvvəl - 2021/2022 mövsümündə də "Arsenal"da çıxış edib.
Tula təmsilçisi Rusiya I Liqasında mübarizə aparır. Onlar 28 xalla 10-cu yerdədir.