AZ

Nərimanovda "RAF" Mənzil-Tikinti Kooperativi tərəfindən qanunsuz şlaqbaum və parkinq sistemi quraşdırılıb - VİDEO

Baku TV-nin qaynar xəttinə müraciət edən sakinlər bildiriblər ki, paytaxtın Nərimanov rayonu, Faiq Yusifov küçəsi, 25 ünvanında yerləşən binanın həyətində "RAF" Mənzil-Tikinti Kooperativi tərəfindən qanunsuz şlaqbaum və parkinq sistemi quraşdırılıb.

 

Sakinlərin sözlərinə görə, bu səbəbdən onlar öz avtomobilləri ilə həyətyanı sahəyə daxil ola bilmirlər.

 

"Övladımla buradan keçə bilmirəm. Ərazini tamamilə özəlləşdiriblər, yerləri pulla satır, parkinq sahəsinə çeviriblər. Evdə yaşlı anam var, təcili yardım çağıranda avtomobil əraziyə daxil ola bilmir", - deyə sakinlərdən biri bildirib.

 

Digər sakin isə iddia edib ki, "RAF" MTK-nın işçiləri ağacları qurutmaq üçün kimyəvi maddələr tökürlər: "İşçilər ağaclara turşu tökərək onları qurudurlar. Neçə dəfə yanğın hadisəsi baş verib. Həmçinin qaz borularını da kəsirlər".

 


Seçilən
29
4
azia.az

5Mənbələr