AZ

Vəli Əkbər AzTV-dəki postundan ayrıldı

Tanınmış jurnalist, publisist Vəli Əkbər Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də (AzTV)  İnformasiya Proqramları Studiyasının direktoru vəzifəsindən ayrılıb.

Xəbər verilir ki, buna səbəb onun səhhətində yaranmış problem olub.

Həkimlər bir müddət müalicə kursu keçən tanınmış jurnalistə gərgin iş rejimindən ayrılmağı tövsiyə edib.

Onun bu qərarı isə rəhbəri olduğu “Xəbərlər” in əməkdaşlarının məyusluğuna səbəb olub.

Onu da qeyd edək ki, sevimli peşəsini birdəfəlik tərk etməyən Vəli Əkbər bundan sonra  AzTV nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasının müavini təyin olunub.

Firuzə Mahmudova 


Seçilən
62
azia.az

1Mənbələr