AZ

AŞPA-nın yeni prezidenti avstriyalı Petra Bayr oldu

Avstriyalı Petra Bayr Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yeni prezidenti seçilib.

 

Senzor.az bildirir ki, bu barədə AŞPA-nın rəsmi saytında məlumat verilib.

 

Məlumata görə, o, səsvermənin ilk turunda mütləq səs çoxluğu qazanaraq, digər namizəd Viktoriya Tiblomu (İsveç) məğlub edib.

 

Qeyd edək ki, yeni AŞPA prezidenti bu vəzifədə yunanıstanlı Teodoros Rusopulosu əvəzləyib.

 

Bayr AŞPA-nın 36-cı prezidenti olub. O, Piter Şider (2002-2005) və Karl Çernetsdən (1975-1978) sonra sözügedən postu tutan üçüncü Avstriya vətəndaşıdır. Eyni zamanda Bayr AŞPA tarixində prezident vəzifəsini tutan beşinci qadındır.

Seçilən
25
1
senzor.az

2Mənbələr