AZ

Trampın reytinqi 38% ə düşüb: İmmiqrasiya siyasəti narazılığa səbəb olub

Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ Prezidenti Donald Trampın reytinqi, Vaşinqton administrasiyasının immiqrasiya siyasətinə qarşı artan narazılıqlar fonunda 38%-ə düşüb.

Bizimyol.info xəbər verir ki, bu barədə "Reuters" və beynəlxalq "Ipsos" xidmətinin birgə keçirdiyi sorğunun nəticələri açıqlanıb.

Sorğuda iştirak edənlərin 38%-i Trampın prezidentlik fəaliyyətini müsbət qiymətləndirib (bu göstərici ayın ortasında 41% idi). Sorğuda iştirak edənlərin 59%-i isə Trampın siyasətini mənfi dəyərləndirib. Trampın immiqrasiya sahəsindəki qərarları yalnız 39% tərəfindən dəstəklənib, bu isə onun prezidentlik müddətində ən aşağı rəqəmdir. 53% isə bu qərarlara qarşı çıxıb. 58% iştirakçı isə ABŞ-ın İmmiqrasiya və Gömrük Nəzarəti Xidmətinin, qeyri-qanuni miqrasiya ilə mübarizə apararkən “həddindən artıq sərt” hərəkət etdiyini bildirib.

Bundan əlavə, 35% respondent ABŞ administrasiyasının iqtisadi siyasətini effektiv hesab edir, amma 56% bu siyasətdən narazıdır. Sorğu 23-25 yanvar tarixində 1,139 yetkin ABŞ vətəndaşı arasında aparılıb.

"Reuters" və "Ipsos" tərəfindən mütəmadi olaraq keçirilən bu tip araşdırmalara görə, Trampın reytinqi yalnız bir dəfə, 2025-ci ilin noyabrında 38%-ə düşüb. Trampın ikinci prezidentlik dövründə ən yüksək reytinqi isə 2025-ci ilin yanvarında qeydə alınıb, o zaman 47% respondent onun fəaliyyətini müsbət qiymətləndirmişdi.

Tramp, mütəmadi olaraq immiqrasiya siyasətini sərtləşdirməyə çağırıb. Prezidentliyinin ilk günlərində ABŞ-Meksika sərhədində fövqəladə vəziyyət elan edən fərman imzalayıb və qeyri-qanuni miqrantların deportasiyası üzrə ən böyük əməliyyatı həyata keçirməyi planlaşdırdığını açıqlayıb. Son aylarda ABŞ-ın böyük şəhərlərində miqrasiya siyasətinə qarşı genişmiqyaslı etiraz aksiyaları keçirilib. Etirazçılar, Trampın administrasiyasını sərt tədbirlər görməkdə və səlahiyyətlərini aşmaqda ittiham ediblər.

24 yanvar tarixində ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində sərt miqrasiya siyasətinə qarşı yeni etiraz dalğası başlayıb. Etirazlar, sərhəd xidməti əməkdaşlarının bir kişini öldürməsindən sonra şiddətlənib. ABŞ Daxili Təhlükəsizlik Nazirliyi bildirib ki, öldürülən şəxs əməkdaşların silahını almağa cəhd edib. 7 yanvarda isə miqrantların axtarışı zamanı, yolda dayanan bir avtomobilə açılan atəş nəticəsində qadın sürücü ölüb.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
30
bizimyol.info

1Mənbələr