BAKI, 27 yanvar. TELEQRAF
"Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsində sonuncu rəqibi olan İngiltərənin "Liverpul" klubu yeni transferini açıqlayıb.
Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, Mersisayd təmsilçisi Avstriyanın "Austria" komandasından İfeanyi Ndukve ilə müqavilə imzalayıb.
Martda 18 yaşı tamam olacaq müdafiəçi "Liverpul"a növbəti mövsüm qoşulacaq.
Qeyd edək ki, "Liverpul" - "Qarabağ" matçı yanvarın 28-dən 29-na keçən gecə Bakı vaxtı ilə 00:00-da start götürəcək.