27 yanvar tarixində İsmayıllı şəhər Eldar Məmmədov adına 3 saylı məktəb-liseydə şəhid məzunu Vaqif Abdulxalıqovun (1975 – 1994) anım günü qeyd edilib.
QHT.az xəbər verir ki, bu münasibətlə məktəbin bir qrup müəllimi və şagirdi Şəhidlərə həsr olunmuş abidə kompleksini ziyarət edib.
Məktəbin hərbi hazırlıq müəllimi, ehtiyyatda olan polkovnik-leytenant Mübariz Mirzəyev şəhidin keçdiyi şərəfli ömür yolu haqqında şagirdlərə məlumat verib.
Allah rəhmət eləsin!