Qaradağ və Nəsimi rayonlarında evlərdən oğurluq edilib. Zərərçəkənlər polisə müraciət edərək yaşadıqları evlərdən təmir-tikinti alətləri və qızıl-zinət əşyalarının talandığını bildiriblər.
Far.Az-in məlumatına görə, polis əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 22 yaşlı İ.Kərimli müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.