İtaliyanın "Yuventus", İngiltərənin "Arsenal" klublarının və İsveçrə millisinin sabiq müdafiəçisi Ştefan Lixtştayner "Bazel" klubunun "sükanı arxasına" keçib.
Apasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər 2029-cu ilin yayına qədər qüvvədə olacaq müqavilə imzalayıblar.
42 yaşlı mütəxəssis 2022-2024-cü illərdə "Bazel"in gənclər komandalarına rəhbərlik edib, daha sonra isə "Vettsvil-Bonstetten" klubunda baş məşqçi kimi fəaliyyət göstərib.
Lixtştayner "Yuventus"un heyətində yeddiqat İtaliya çempionu olub.
Xorvatiyalı futbolçu “İnter”də
“Çelsi” gənc müdafiəçisini geri qaytarıb - RƏSMİ
"Beşiktaş" Temmi Abrahamın transferini rəsmiləşdirib
“Qalatasaray”ın ÇL oyunu ispanlara tapşırılıb
Qvardiola “Qalatasaray”la matçı buraxacaq futbolçuları açıqlayıb