ain.az, Xalq qazeti portalına istinadən məlumat verir.
İngiltərədə “Liverpul” və “Qarabağ” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunun oyununun baş hakimi açıqlanıb. Matçı slovakiyalı FIFA referisi İvan Krujlyak idarə edəcək.
Onun köməkçiləri həmyerliləri Branislav Hantsko ilə Yan Pozor olacaqlar. Dördüncü hakim funksiyasını Peter Kraloviç yerinə yetirəcək.
VAR-da niderlandlı Pol van Boekel, AVAR-da Yan Boterberq əyləşəcəklər.
Xatırladaq ki, “Liverpul” – “Qarabağ” oyunu yanvarın 28-dən 29-na keçən gecə baş tutacaq. Matç Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Bu oyuna qədər İngiltərə təsilçisi 7 oyundan 15 xalla turnir cədvəlində 4-cü sırada, Ağdam klubu isə 10 xalla 18-ci sırada yer alıb.
Qabil YUSİFOĞLUXQ
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.