AZ

Türkiyədə narkotik əməliyyatı - 348 kiloqram narkotik müsadirə edildi

Türkiyədə keçirilən narkotik əməliyyatında 348 kiloqram narkotik maddə ələ keçirilib.

Missiya.Az "Haberglobal"a istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

"Aparılan kəşfiyyat işləri nəticəsində Yüksekova kənd ərazisində ümumilikdə 348 kiloqram narkotik maddə olmaqla 332 kiloqram skuns və 16 kiloqram metamfetamin müsadirə edildi. Narkotiklərlə əlaqəli şübhəliləri hədəf alan əməliyyatlar davam edir",-nazir qeyd edib.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
14
missiya.az

1Mənbələr