AZ

Ərdoğan və Ermənistanla bağlı iddia təkzib edildi

BAKI, 27 yanvar. TELEQRAF

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın ölmüş əsgərlərinin ailələri və ehtiyacı olan təbəqələrə 10 milyon dollar maliyyə yardımı edilməsi ilə bağlı qərar həqiqəti əks etdirmir.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi məlumat yayıb.

Rəsmi açıqlamada bu iddiaların tamamilə əsassız olduğu bildirilib. Məlumatda vurğulanır ki, ictimaiyyət ölkə və Azərbaycan-Türkiyə münasibətlərinə yönələn dezinformasiyalara etibar etməməli, yalnız rəsmi orqanların verdiyi açıqlamalara əsaslanmalıdır.

Seçilən
17
3
teleqraf.com

4Mənbələr