Moskvada güclü qar səbəbindən nəqliyyatın hərəkəti iflic olub.
APA-nın Moskva bürosu xəbər verir ki, şəhərdə tıxaclar 9 olub.
Yollarda çoxlu qəzalar baş verib.
Rusiya paytaxtının Nəqliyyat Departamenti moskvalıları metroya keçməyə çağırıb.
Şeremetyevo hava limanı güclü qar səbəbindən saat 12:00-a qədər bağlanıb.