AZ

Ağ Ev ABŞ-nin Ukraynadan ərazi güzəştləri tələb etməsini təkzib edib

Ağ Ev "The Financial Times" (FT) qəzetində ABŞ-nin Ukraynaya ərazi güzəştləri tələb edən ultimatum təqdim etməsi ilə bağlı yayılan xəbəri təkzib edib. 

Missiya.Az "Lenta"ya istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibinin müavini Anna Kelli şərhində bildirib.

"Bu, tamamilə yalandır. ABŞ-nin bu sülh prosesindəki yeganə rolu iki tərəfi bir araya gətirərək razılığa gəlməkdir. "Financial Times" qəzetinin pis niyyətli şəxslərin anonim şəkildə yalan danışmasına icazə verməsi təəssüf doğurur",-Kelli bildirib.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
104
missiya.az

1Mənbələr