AZ

Bu ərazilərə qar yağıb – FOTO

Şimal bölgəsində qarlı, şaxtalı, bəzi yerlərdə dumanlı hava şəraiti davam edir.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bir neçə günlük fasilədən sonra ötən gecə Quba, Qusar şəhərlərinə, Xınalığa və digər yaşayış məntəqələrinə 2 sm qar yağıb.

Bölgənin ən soyuq kəndində əvvəldən yağan qarın hündürlüyü 15 sm təşkil edir, 10 dərəcə şaxta müşahidə edilir.

Qarlı, şaxtalı hava ilə bağlı hər hansı problemin yaşandığı barədə məlumat yoxdur.





Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Seçilən
19
1
bizim.media

10Mənbələr