AZ

Azərbaycanın söz sahibi olduğu yeni dövr artıq başlayıb- ÖZƏL

"Cənab Prezidentin Davosda keçirdiyi görüşlər bir daha göstərdi ki, Azərbaycan beynəlxalq siyasətdə öz müstəqil mövqeyi, çevik diplomatik xətti və etibarlı tərəfdaş statusu ilə fərqlənir. Davos İqtisadi Forumu kimi qlobal platformada Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər, Azərbaycanın milli maraqlara əsaslanan xarici siyasət kursunun, dayanıqlı iqtisadi modelinin və qlobal sabitliyə verdiyi töhfənin bariz ifadəsidir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib: "ABŞ Prezidenti Donald Trumpla görüş isə Azərbaycan - ABŞ münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bu görüş enerji təhlükəsizliyi, regional sabitlik və strateji əməkdaşlıq istiqamətlərində iki ölkə arasında qarşılıqlı hörmət və etimada əsaslanan tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət edir.
Azərbaycanın Sülh Şurasına üzv seçilməsi isə ölkəmizin beynəlxalq miqyasda sülh, sabitlik və ədalət siyasətinin tanınması və yüksək qiymətləndirilməsi deməkdir. Bu, həm də Cənab Prezident İlham Əliyevin qlobal səviyyədə həyata keçirdiyi balanslı, ədalətli və praqmatik diplomatiyanın növbəti uğurudur. Azərbaycan artıq sülhün təşəbbüskarı və regional sabitliyin təminatçısı kimi dünya miqyasında mühüm rol oynayır.
Bu nailiyyətlər Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin davamı və Cənab Prezident İlham Əliyevin qətiyyətli liderliyinin nəticəsidir. Azərbaycan bu gün təkcə regionda deyil, həm də qlobal arenada müstəqil siyasi iradəyə, iqtisadi gücə və beynəlxalq etimada sahib bir ölkə kimi tanınır. Bu səfər və görüşlər bir daha təsdiqlədi ki, Azərbaycanın söz sahibi olduğu yeni dövr artıq başlayıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
29
olaylar.az

1Mənbələr