AZ

"Liverpul" "Qarabağ"la oyuna ciddi itkilərlə çıxacaq

BAKI, 27 yanvar. TELEQRAF

İngiltərənin "Liverpul" klubu "Qarabağ"la keçiriləcək UEFA Çempionlar Liqası oyununa ciddi itkilərlə çıxacaq.

Teleqraf xəbər verir ki, Mersisayd təmsilçisinin doğma meydanda baş tutacaq görüşdə Aleksander İsak, Konor Bredli, Covani Leoni, Ceyden Danss və Stefan Bayçetiçin xidmətindən istifadə edə bilməyəcəyi dəqiqdir.

"Qırmızılar"ın digər üzvləri - Federiko Kyeza, Co Qomes və İbrahima Konatenin isə Azərbaycan çempionu ilə matçda iştirakı sual altındadır.

Qeyd edək ki, "Liverpul" - "Qarabağ" qarşılaşması yanvarın 28-dən 29-na keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Seçilən
11
teleqraf.com

1Mənbələr