AZ

Azərbaycan qaz idxalını iki dəfə azaltdı

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycana bəyan edilmiş qaz idxalı 252 milyon 168,36 min kubmetr təşkil edib.Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb Bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 dəfə azdır.Azərbaycana idxal olunan qazın dəyəri isə 39 milyon 150,76 min ABŞ dolları təşkil edib. Bu göstərici 2024-cü ilin 11 ayı ilə müqayisədə 2,1 dəfə azdır. Göstərilən həcmdə Türkmənistan qazının payı 35 milyon 221,03 min ABŞ dolları dəyərində 230 milyon 926,55 min kubmetr təşkil edib. Ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə kəmiyyət və dəyər ifadəsində 1,6 dəfə azalma olub.

Bundan əlavə, hesabat dövründə Rusiyadan 3 milyon 929,73 min ABŞ dolları dəyərində 21 milyon 241,81 min kubmetr qaz tədarük edilib. 2024-cü ilin eyni dövrü ilə müqayisədə kəmiyyət və dəyər ifadəsində azalma 6,7 dəfə təşkil edib.

Seçilən
5
metbuat.az

1Mənbələr