AZ

"Venesuela hökuməti kənardan gələn sifarişləri qəbul etmir"

Venesuela hökuməti xalqa itaət edir və xarici qüvvələrin əmrlərinə məhəl qoymur.

"Unikal" xəbər verir ki, bunu Venesuela prezidenti vəzifəsini müvəqqəti icra edən Delsi Rodriges yerli KİV-ə açıqlamasında bildirib. 

O, ABŞ Maliyyə Naziri Skott Bessentin son açıqlamalarını “yersiz və təhqiramiz” adlandırıb. Prezidentin nümayəndəsi vurğulayıb ki, Venesuela beynəlxalq hüquqa və ölkənin tarixinə hörmətə uyğun qurulduğu müddətcə “ABŞ ilə hörmətli münasibətlərdən qorxmur”.

Bundan əvvəl Bessent bildirmişdi ki, ABŞ Venesuelanı idarə edəcək, neft və digər resursların satışını nəzarətdə saxlayacaq və zəruri hesab edildikdə ölkədə "azad və ədalətli seçkilər" keçirəcək.

Seçilən
41
unikal.az

1Mənbələr