AZ

“Bavariya” Harri Keynlə danışıqlara başladı


Almaniyanın “Bavariya” futbol klubu ingilis hücumçu Harri Keynlə müqavilənin uzadılması ilə bağlı danışıqlara başlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq “X” sosial şəbəkə səhifəsində məlumat verib.
Jurnalistin sözlərinə görə, oyunçu Münxen klubundan ayrılmaq fikrində deyil. Hücumçunun “Bavariya” ilə hazırkı müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir.
Qeyd  edək ki, 32 yaşlı Keyn 2023-cü ildən bəri “Bavariya”da oynayır. O, klubun heyətində 126 oyunda 119 qol vuraraq, ardıcıl iki mövsüm Bundesliqanın ən çox qol vuran oyunçusu olub.
Keyn “Bavariya” ilə həm Bundesliqanı, həm də Almaniya Super Kubokunu qazanıb. Bu qələbə ingilisə karyerasındakı ilk kubokunu qazandırıb.
2011-ci ildən bəri Keyn İngiltərənin “Tottenhem” klubunda çıxış edib. O, klubun heyətində 435 oyunda 280 qol vuraraq, klubun bütün dövrlərin ən çox qol vuran oyunçusu olub.
Seçilən
64
1
yeniavaz.com

2Mənbələr